İlham Əliyev 2 sərəncam imzaladı

20:08 18-10-2019 125

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edir:

Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Babayev Məmmədhəsən Cəbir oğlu

Cəfərov Tahir Dəmir oğlu

Quliyev Şirin İsmayıl oğlu

Yusifov Üzeyir Milan oğlu

“Tərəqqi” medalı ilə

Abzərov Mübariz Əli oğlu

Baxışov Qeysər Qəzənfər oğlu

Ələkbərov Rauf Həsən oğlu

Əliyev Həsənbala İskəndər oğlu

Gözəlov Eyyub Xamməmməd oğlu

Hatəmi Tomrid Fərzulla oğlu

Xəlilov Xeyrulla Musa oğlu

İsayev Abusalat Fərhad oğlu

Qədimov Valeh İsmayıl oğlu

Mitsuyuki Sato

Morimitsu Masao Yasuo

Musayev Rəşid Nurəddin oğlu

Ocaqov Sübhi Daşdəmir oğlu

Sadıqov Ağasəməd Mirzəhüseyn oğlu

Sadıqova Həvva Tahir qızı

Süleymanlı Araz Süleyman oğlu

Şəfiyev Hakim Xəlil oğlu

Tağıyev Vaqif Qoşunəli oğlu

Vəliyeva Şəfa Aslan qızı.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1.Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 20 335 000 (iyirmi milyon üç yüz otuz beş min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.