Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verdi –Mətn

17:52 15-10-2019 75

 

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri Şinzo Abeyə başsağlığı məktubu göndərib.

Yenixeber.org: Məktubda deyilir:

“Hörmətli cənab Baş Nazir,

Ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.