Qadını döyüb, ata bağlayıb sürüdülər - Dəhşət

12:49 10-10-2019 45

11:15

Goranboy rayonunda qonşuları tərəfindən ata bağlanaraq, sürüdülən 35 yaşlı qadının səhhəti normaldır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Goranboy rayon Xanqərvənd kənd sakini 35 yaşlı Sahilə Ələkbərova sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.

 

 

 

Qeyd edək ki, Report Goranboy rayon sakini Sahilə Ələkbərovanı qonşuları tərəfindən ata bağlayıb, sürüdülməsi barədə məlumat yayıb. Belə ki, S.Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək, onlarla mübahisə etdikdən sonra qonşu qadın, oğlu və qızı ilə birlikdə onu döyüb. Daha sonra döyülən qadını qonşuları həmin ata bağlayaraq sürüyüblər.